Seçmədə ilk uğurlar

 01.07.2016 - 14:47    1214
  • 01 İyul 2016
  • 14:47
  •  1214

Xəbər verdiyimiz kimi, Amsterdamda keçirilən basketbol üzrə 2016 FİBA 3X3 Avropa Çempionatının seçmə mərhələsində kişilərdən ibarət yığma komandamız ilk oyununda Almaniya yığması ilə qarşılaşdı.

Oyun komandamızın böyük üstünlüyü altında keçərək vaxtından əvvəl 21-10 hesabıyla millimizin xeyrinə yekunlaşdı. 

Qeyd etməliyik ki, kişilərlə yanaşı qadınlardan ibarət yığma komandamızda bu gün Fransanın Puatye şəhərində 2016 FİBA 3X3 Avropa Çempionatının seçmə mərhələsində öz gücünü sınayır. 

Tatyana Slojenitsinanın yetirmələri ilk qarşılaşmada İtaliya millisini əlavə vaxtda 21-18 hesabıyla yendilər. 

IMG_5476-3x3

IMG_5492-3x3

BEYNƏLXALQ YARIŞLAR