Seçmə mərhələ geridə qaldı

Xəbər verdiyimiz kimi, 3X3 basketbol üzrə yığma komandalarımız Avropa Çempionatının seçmə mərhələsinə qatılmışdılar.
Kişilər Amsterdamda (Hollandiya), qadınlar isə Puatyeda (Fransa) öz güclərini sınadılar. Təəssüflər olsun ki, kişilərdən ibarət millimiz qrup mərhələsində göstərdiyi yüksək nəticəyə baxmayaraq
Azərbaycan - Almaniya, 21-10
Azərbaycan - Serbiya, 12-21
Azərbaycan - Türkiyə, 21-16
1/4 finalda cəmi bir xal fərqi ilə Slovakiya yığmasına uduzdu (15-16). Nəticədə komandamız seçmədə beşinci yeri tutaraq Buxarestə (Rumıniya) vəsiqə qazana bilmədi.
Qadınlardan ibarət yığmamızın isə əzmkər oyun nümayış etdirməsinə rəğmən qrup mərhələsində bəxti qətirmədi.
Onlar İtaliya üzərində qələbədən sonra (21-19) çox cüzi xal fərqi ilə Slovakiya (14-16) və Rusiya (14-16) komandalarına məğlub olaraq qrupdan cıxa bilmədilər.
Xatırladaq kı, 3X3 basketbol üzrə FİBA Avropa Çempionatının seçmə mərhələsinin yekununda kişilərdən 4 ən yaxşı komanda, qadınlardan isə birinci üç yeri tutan komanda Rumıniyada keçiriləcək finala vəsiqə qazandı.




