İkinci oyun birinci qələbə
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Avropa Çempionatı C divizionu çərçivəsində U18 milli yığmamız (oğlanlar) iyulun 10-da Cəbbəlütariq komandası ilə qarşılaşdı.
Tahir Baxşıyevin yetirmələri bu qarşılaşmada təşəbbüsü əldən verməyərək rəqib üzərində böyük üstünlüklə qələbə çaldılar (89:54 /21-13, 18-16, 27-18, 23-7/).
Növbəti oyun iyulun 12-də Bakı vaxtı ilə 16.30-da Monako yığmasına qarşı keçiriləcək.
Photo credit: FİBA

