Qrupdan çıxdıq

San Marinoda yarışan U18 milli komandamız qrup mərhələsinin sonuncu oyununda Monakonu məğlub etdi (79:61 /20-13, 18-16, 27-15, 14-17/).
Belə ki, basketbolçularımız oyunun əvvəlindən rəqibə aman verməyərək üçüncü hissədən sonra qarşılaşmanın taleyini həll etdilər. Oyunçularımıza gəldikdə isə Endər Poladxanlı (24 xal), Nicat Məmmədli (18 xal) və Əkbər Məmmədov (12 xal) məhsuldar atışları ilə yadda qaldılar.
Yarımfinal oyununda komandamız iyulun 14-də Bakı vaxtı ilə saat 19.00-da Kosovo yığması ilə qarşılaşacaq.
Photo credit: FİBA

