Kişilər arasında Basketbol üzrə "Novruz-2010" Beynəlxalq turniri

 05.08.2015 - 23:26    469
  • 05 Avq 2015
  • 23:26
  •  469

18.03.2010

Mart ayının 18-dən 23-nə kimi Kırğızıstanın Bişkək şəhərində "Novruz-2010" kişilər arası beynəlxalq basketbol turniri keçirildi. Turnirdə Azərbaycan yığma komandası ilə yanaşı İBK "Soqdiana" (Navoi, Uzbekistan), BK "Kaspiy" (Aktau, Kazaxstan), Kırğızıstanın milli yığma komandası, Türkmənistanın milli yığma komandası, "Athletes in Action" (ABŞ) və "Manas" tranzit mərkəzinin komandası iştirak etmişlər.

Martın 19-da Azərbaycan milli yığması "Athletes in Action" (ABŞ) komandası ilə garşılaşdı. Yığmamız yaxşı oyun sərgiləyərək 78-69 (8-21, 27-22, 19-17, 24-9) hesabi ilə "Athletes in Action" (ABŞ) komandasını uddu.

Martın 20-də  Azərbaycan milli yığması BK "Kaspiy" (Aktau, Kazaxstan) komandası ilə garşılaşdı. Yığmamız 67-54 (17-26, 17-7, 22-12, 11-9) hesabi ilə BK "Kaspiy" (Aktau, Kazaxstan) komandasına qalib gəldi. Həmin oyunda Tahir Baxşıyev 26, Amil Həmzəyev və Anar Sarıyev 12 xalla fərgləndilər.

Martın 22-də Azərbaycan milli yığması İBK "Soqdiana" (Navoi, Uzbekistan) komandası ilə  garşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda Yığmamız bu görüşü 98-82 (27-12, 27-22, 21-24, 23-24) hesabi ilə uddu.

Martın 23-də Azərbaycan milli yığması Kazaxstanın milli yığma komandası ilə garşılaşdı. Bu oyundada yığmamız rəgibdən üstün oldu 85-63 (28:20, 26:8, 20:20, 11:15) hesabi ilə qalib gələrək "Novruz-2010" turnirinin qalibi oldu.

BEYNƏLXALQ YARIŞLAR