Avropa Çempionatı davam edir
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Nikosiyada keçirilən Avropa Çempionatında (C divizionu) U16 milli yığmamız növbəti görüşlərini keçirdi.
Belə ki, iyulun 18-də millimiz gərgin keçən mübarizə şəraitində cəmi 1 xal fərqi ilə Kipr yığmasına məğlub oldu 62:63 (16-17, 26-10, 13-21, 7-15).
Bu gün isə komandamız toparlanaraq San Marinonu yendi 63:60 (13-17, 19-8, 15-17, 16-18).
İyulun 21-də Samit Nuruzadənin yetirmələri Bakı vaxtı ilə saat 17.00-da Malta yığması ilə öz gücünü sınayacaqlar.

