İlk cəhd, ikinci yer

Nikosiyada (Kipr) keçirilən Avropa Çempionatında U16 milli yığmamız inamla finala qədər addımladı.
Belə ki, qrup mərhələsindən sonra basketbolçularımız yarımfinalda Moldova komandasını 60:44 (16-16, 12-9, 15-10, 17-9) hesabı ilə üstələdi. Təəssüf ki, final qarşılaşmada Samit Nuruzadənin yetirmələri ilk hissədən 11 xal geriləyərək oyunun qalan hissələrində rəqibə çata bilmədilər.
Nəticədə ev sahibləri yığmamızı 62:50 (25-14, 14-10, 17-15, 6-11) hesabı ilə yenərək turnirin qızıl medallarını qazandılar. Azərbaycan millisi isə II yeri tutaraq gümüş medallara layiq görüldü.
Xüsusi qeyd etmək istərdik ki, təşkilatçılar tərəfindən komandamızın üzvləri Donat Saadettin və Papuna Kirtadze Çempionatın simvolik beşliyinə seçildilər. Papuna Kirtadze isə bu mötəbər turnirin ən yaxşı oyunçusu (MVP) adına layiq görüldü.
Avropa Çempionatının bu U16 yaş qrupunda ilk dəfə çıxış edən komandamızı gərgin mübarizə şəraitində ikinci yerə yüksəlməsi münasibəti ürəkdən təbrik edirik!
Ardı gəlsin!




