Aleksandr Kiladze və Valeriy Altabayevə həsr edilmiş 2-ci beynəlxalq turniri
10.10.2010
Oktyabr ayının 10-dan 13-nə kimi Gürcüstanın Batumi şəhərində 1994-95-ci illər təvəllüdlü gənclərin iştirakı ilə Aleksandr Kiladze və Valeriy Altabayevə həsr edilmiş 2-ci beynəlxalq turniri keçirilib. Turnirdə "Renat" BK komandası ilə yanaşı, Ermənistan və Gürcüstanı təmsil edən Kutaisi və Batumi komandaları iştirak etmişdilər.
Məşqçi: Tahir Urazayev
- Famil Məcidov
- Əli Sadıxov
- Rövşən Allahverdiyev
- Emin Cəfərov
- Malik Əhməd-zadə
- Rustam Əliyev
- Zaur Bağışev
- Andrey Kondratyev
- Samir Şarifov
- Əli Məmmədov
- Ceyhun Qurbanov
- Renat Urazayev
İlk görüşdə komandamız 75:95 (20-21, 20-22, 24-16, 31-16) hesab ilə Batumu komandasına uduzdu. İkinci görüşdə basketbolçularımız Ermənistan komandasını 96:42 (12-24, 14-27, 4-24, 12-21) hesabı ilə darmadağın etdilər.
Bu oyunda komandanın kapitanı Renat Urazayev 41 xal topladı. Növbəti oyunda gənc basketbolcularımız 101:99 (24-25, 19-28, 31-22, 25-26) hesabı ilə Kutaisi komandasını məğlub etdilər. Komandanı lideri Renat Urazayev üç oyun ərzində 132 xal toplayaraq turnirin ən yaxşı oyunçusu adına layiq görüldü.
I yer Batumi - 6 xal
II yer "Renat" BK - 5 xal
III yer Kutaisi - 4 xal
IV yer Ermənistan - 3 xal

