İslam İnqilabına həsr edilmiş beynəlxalq turniri
12.02.2011
Azərbaycanın gənclərdən ibarət milli yığma komandası 2011-ci il fevral ayın 7-11-nə kimi İranın Sarab şəhərində keçirilən İslam İnqilabının 32-ci il dönümünə həsr edilmiş beynəlxalq basketbol turnirində iştirak etmişdi.
Cənubi Azərbaycanın Sarab şəhərində ilk görüşdə komandımız Tehran təmsilçilərinə 71:78 (18-19, 28-24, 15-19, 10-16) hesabı ilə məğlub oldu. Sonrakı oyunlarda komandamız məğlubiyyətdən nəticə çıxararaq daha yaxşı oyun sərgilədi. Yığmamız Sarab komandasına 80-58 (18-13, 16-16, 25-13, 21-16) və Zəncan komandasına 101-85 (22-22, 27-14, 26-22, 26-27) hesab ilə qalib gəldi.
Ümumi nəticədə yığmamız Tehran komandasından sonra II yeri tutdu. Onu da qeyd etmək istərdim ki, Azərbaycan komandası 21-ci dəfə keçirilən bu turnirdə ilk dəfə 100 xallıq baryeri aşdi.

