"Novruz-2011" beynəlxalq turniri

 07.08.2015 - 10:00    701
  • 07 Avq 2015
  • 10:00
  •  701

15.03.2011

Mart ayının 18-dən 23-nə kimi Kırğızıstanın Bişkək şəhərində "Novruz-2011" kişilər arası beynəlxalq basketbol turniri keçirildi. Turnirdə Azərbaycan yığması ilə yanaşı BK "Kaspiy" (Aktau, Kazaxstan), BK "Okjetpes" (Kokşetau, Kazaxstan), Kırğızıstanın milli yığma komandası və həmin ölkə klublarının yığma komandası iştirak etmişlər.

Martın 17-də Azərbaycan milli yığması Kırğızıstanın klublarının yığma komandası ilə garşılaşdi. Yığmamız 108 - 72 (22-14, 23-20, 23-13, 40-25) hesabı ilə Kırğızıstan komandası uddu. Həmin oyunda Amil Həmzəyev 23 və Anar Sarıyev 26 xal topladılar .

Martın 18-də Azərbaycan milli yığması BK "Okjetpes" (Kokşetau, Kazaxstan) komandası ilə garşılaşdı. Yığmamız bu dəfə də yaxşı oyun sərgiləyərək 135-72 (46-14, 17-21, 28-21, 44-16) hesabi ilə BK "Okjetpes" (Kokşetau, Kazaxstan) komandasını uddu. Həmin oyunda Tahir Baxşıyev 30 və Amil Həmzəyev 36 xalla fərgləndilər.

Martın 19-da Azərbaycan milli yığması "Manas" tranzit mərkəzinin komandası ilə yoldaşlıq görüşü keçirdti. Yığmamız bu görüşü 89-51 (21-14, 27-6, 17-16, 24-15) hesabi ilə uddu.

Martın 20-də Azərbaycan milli yığması BK "Kaspiy" (Aktau, Kazaxstan) komandası ilə garşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda yığmamız 92-86 (18-17, 22-15, 26-22, 26-32) hesabi ilə BK "Kaspiy" (Aktau, Kazaxstan) komandasına qalib gəldi.

Martın 21-də Kırğızıstanın milli yığma komandası Azərbaycan milli yığması ilə garşılaşdı. Bu oyundada yığmamız rəgibdən üstün oldu 69-87 (14-13, 12-29, 22-22, 21-23) hesabi ilə qalib gələrək "Novruz-2011" turnirinin birincisi oldu.

Amil-say_kral1

Tahir-MVP1

BEYNƏLXALQ YARIŞLAR