Beynəlxalq turnirdə ikinci yer

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatıldı.
Milli yığmamızdan başqa turnirdə Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Kırğızıstan və Türkmənistan komandaları iştirak edirdi.
Basketbolçularımız qrup mərhələsində yaxşı nəticə göstərərək yarımfinalda özbək həmkarlarını 10:8 hesabıyla yendi.
Finalda millimiz ev sahibləri Türkmənistan komandası ilə qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən bu oyunda qızlarımız cəmi iki top fərqi ilə rəqibə uduzaraq (19:21) turnirin gümüş medallarını qazandı.


