Milli yığmamız təlim-məşq toplanışında

14.07.2011
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı çərçivəsində milli yığmamız iyulun 13-də Portugaliya milli komandası ilə garşılaşdı. Oyunun birinci yarısı 37:32 hesabiyla millimizin xeyrinə başa çatdı. Yekunda isə millil yığmamız portugaliyalılara 60:72 hesabı ilə uduzdu. Komandamızın start heyəti: Rasim Başak, Zaur Paşayev, Aleksandr Rindin, Anar Sarıyev, Tahir Baxşiyev.
İyulun 14-də milli yığmamız Tunis milli yığması ilə yoldaşlıq görüşü keçirdi. Yığmamız 68:75 hesabı ilə Tunis komandasına uduzdu. Portugal milli komandası ilə oyunda zədə alan oyunçular Rasim Başak, Amil Həmzəyev və Zaur Quşanov bu oyunda iştirak etməyiblər.
Oyunların cədvəli:
16 iyul / Azərbaycan - Mərakeş (65:75)
17 iyul / Azərbaycan - Misir
19 iyul / Azərbaycan - Mərakeş

