Yeniyetmə basketbolçularımız üçün növbəti sınaq

 25.11.2016 - 14:13    280
  • 25 Noy 2016
  • 14:13
  •  280

Noyabrın 29-da 18 yaşadək basketbolçular arasında Gürcüstan birinciliyinə start veriləcək. 7 komandanın mübarizə aparacağı turnirdə Azərbaycanın “Bakı” klubu da iştirak edəcək. Əsasən U-16 millimizin oyunçularından ibarət komandamız ilk oyununu ayın 29-da “Akademiya”ya qarşı keçirəcək.

Qeyd edək ki, Gürcüstana baş məşqçi Samit Nuruzadənin rəhbərliyi ilə yollanan komandamızın turnirdə iştirakı yeniyetmə basketbolçularımızın qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyacaq.

BEYNƏLXALQ YARIŞLAR