“Bakı” klubu ikinci turda qələbə qazandı

Xəbər verdiyimiz kimi, 18 yaşadək basketbolçular arasında Gürcüstan Çempionatıda iştirak edən Azərbaycanın U16 milli yığmanın əsasında təşkil edilən "Bakı" komandası ilk oyunlarını keçirib.
Noyabr ayının 29-da "Akademiya" (Tbilisi) komandası ilə keçirilən birinci qaşılaşmada Samit Nuruzadənin yetirmələri 56:76 hesabıyla məğlub oldular. Bu oyunda əsası Gürcüstanın U18 millisinin basketbolçularından təşkil edilən rəqibin təcrübəsi özünü göstərdi.
Bu gün isə komandamız daha yaxşı oyun sərgiləyərək "Dinamo"nu (Tbilisi) böyük üstünlüklə 65-51 məğlub etdi. Komandamızın heyətində Şirzad Şirzadov 20 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu oldu.
Növbəti oyunların cədvəli
01.12.2016, "Bakı" - "Martve"
03.12.2016, "Zaza 1" - "Bakı"
05.12.2016, "Gori" - "Bakı"
09.12.2016, "Kutaisi" - "Bakı"



