“Bakı”dan növbəti qələbə

 02.12.2016 - 12:33    316
  • 02 Dek 2016
  • 12:33
  •  316

18 yaşadək basketbolçular arasında Gürcüstan çempionatında 3-cü turun oyunları keçirildi.

Turnirdə iştirak edən Azərbaycanın “Bakı” komandası ardıcıl ikinci qələbəsini qazanıb. Samit Nuruzadənin yetirmələri bu dəfə “Martve” klubunu sınağa çəkdi. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan “Bakı” 74:47 hesabıyla qalib gəlib (21:6, 22:11, 10:11, 21:19). Komandamızın heyətində Əkbər Məmmədov 16 xal və 9 rebaunlda ən məhsuldar basketbolçu olub.

“Bakı” növbəti oyununu dekabrın 5-də “Zaza 1” komandasına qarşı keçirəcək.

BEYNƏLXALQ YARIŞLAR