Avropa həyacanı başladı

04.08.2011
Avropa Çempionatı "B" divizionun seçmə oyunlarının çərçivəsində milli yığmanın hazırlığı yekun mərhələyə girmişdi. Avqustun 2-dən "Sərhədçi" Olimpiyə Mərkəzində keçirilən məşqlərə 2 amerikalı legionerimiz Nelson Spencer Howells və Young David Martinda gatıldılar.
Keçən dövrədə mükəmməl oyunu sərqiləyən Charles Edward Davis aldığı zədə ucbatından milli yığmanın əsas heyətinə qatıla bilməyəcək. Baş məşqçi Elxan Əliyevin rəhbərliyi altında yığmamız böyük inam və əzmkarlığla seçmə oyunlara hazırlaşır.
Oyunların cədvəli:
12 avqust saat 19.00 Azərbaycan - Albaniya
18 avqust Belarus - Azərbaycan
21 avqust saat 19.00 Azərbaycan - Rumıniya
24 avqust İsveç - Azərbaycan

