Endər Poladxanlının məhsuldar oyunu

Çexiyanın birinci divizionunda çıxış edən Endər Poladxanlı növbəti uğura imza atdı.
Belə ki, "Sparta"nın şərəfini qoruyan həmyerlimiz "Praqa" üzərində qələbəni təmin edən (86:57) əsas oyunçulardan biri olub. Bu qarşılaşmada Endər 17 xal topladı. Onuncu turdan sonra "Sparta" komandası 7-ci yerdə qərarlaşıb. (azerisport.com)