“Bakı” növbəti oyunlarını keçirib

18 yaşadək basketbolçular arasında Gürcüstan çempionatında növbəti oyunlar keçirilib.
Çempionatda iştirak edən və əsasən U-16 millimizin üzvlərindən ibarət “Bakı” klubu “Zaza 1” komandasıyla görüşdə 38:55 hesabıyla uduzub.
Dekabrın 5-də baş tutan “Gori” ilə qarşılaşma daha gərgin alınıb. Sonadək bərabər səviyyədə keçən oyunda “Gori” qalib gəlib – 59:52.
Qeyd edək ki, “Bakı” çempionatda keçirdiyi 5 oyunun 2-də qalib gəlib və hazırda hesabında 7 xalı var. Təmsiçimiz ilk mərhələdə sonuncu görüşünü dekabrın 9-da “Kutaisi” komandasına qarşı keçirəcək.

