"Kremen"in dördüncü qələbəsi
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Ukrayna Çempionatında növbəti turun oyunları keçirildi.
"Kremen" komandası öz meydançasında "Nikolayev"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən bu qarşılaşmada ev sahibləri 66:63 hesabıyla "Nikolayev"i məğlub etdi.
Sevindirici haldır ki, bu oyunda "Kremen"in heyyətində çıxış edən milli yığmamızın üzvü Amil Həmzəyev 20 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu oldu.
Hal-hazırda "Kremen" Ukrayna Çempionatında 9-cu yerdə qərarlaşıb.

