"Kremen" "Politexnik"i məğlub etdi
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Dekabrın 18-də Ukrayna Çempionatının Superliqasının növbəti turu keçirildi.
"Kremen" komandası öz meydançasında "Politexnik"i qəbul edib. Olduqca gərgin mübarizə şəraitində keçən oynunda "Kremen" rəqibini 69:64 hesabıyla məğlub etdi.
Bu qarşılaşmada milli yığmamızın üzvü Amil Həmzəyev məhsuldar oyun sərgiləyərək topladığı 22 xal və 5 rebaundla yadda qaldı.

