Növbəti sınaq

16.08.2011
Bu gün kişilərdən ibarət milli yığma komandamız Minsk şəhərinə yola düşmüşdü. Belə ki, Avropa Çempionatı "B" divizionun seçmə oyunları çərçivəsində ikinci dövrənin növbəti oyunu Belarus komandası ilə avqustun 18-də yerli vaxtla saat 19:00-da olacaq.
Məlumat üçün bildiririk ki, avqustun 15-də qruppamızdakı rəqiblər öz aralarında oynayıblar.
İsveç - Rumıniya
93 - 44 (21:10, 17:11, 20:13, 30:10)
Albaniya - Belarus
71 - 77 (26:23, 21:28, 11:7, 13:27)
Turnir cədvəli:
1. İsveç 11 xal
2. Azərbaycan 9 xal
3. Belarus 8 xal
4. Rumıniya 8 xal
5. Albaniya 6 xal

