İki oyun bir gələbə
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Xəbər verdiyimiz kimi, U16 milli yığmanın əsasında təşkil edilən "Bakı" komandası U18 yaş qrupunda Gürcüstan çempionatının ikinci dövrə oyunlarına qatılıb.
Yanvarın 22-də Tbilisidə keçirilən ilk qarşılaşmada "Bakı" "Suxumi" komandasına 61:76 hesabıyla uduzdu.
Dünən isə Samit Nuruzadənin yetirmələri toparlanaraq "Zaza 2" komandasına qalib gəldilər (64-54).

