Millimiz ikinci oldu

Xəbər verdiyimiz kimi, oğlanlardan ibarət U16 milli yığma komandamız İran İslam Respublikasının Sarab şəhərində keçirilən beynəlxalq basketbol turnirində iştirak etmişdir.
Dairəvi sistemlə 5 gün ərzində davam edən yarışa millimizdən başqa 5 komanda qatılmışdı: U18 İran milli yığması, İraqın Suleymaniyyə şəhərinin komandası, Şərqi Azərbaycan Təbriz, Takestan və Sarab komandaları (İran).
İlk oyunda minimal hesabla İran millisinə məğlub olan millimiz (65:75) qalan dörd qarşılaşmada rəqiblərini inamla üstələdi.
U16 Azərbaycan - Şərqi Azərbaycan Təbriz, 66:39
Takestan - U16 Azərbaycan, 55:65
U16 Azərbaycan - Sarab, 86:67
U16 Azərbaycan - Suleymaniyyə İraq, 75:44
Yekunda komandamız İran yığmasıyla eyni xal toplayaraq şəxsi qarşılaşmada rəqibinə uduzduğuna görə turnirin gümüş medallarını qazandı.
Sarabda əldə edilən uğurlu nəticəyə görə gənc basketbolçularımızı ürəkdən təbrik edirik!



