Amil yenə fərqləndi

Ukrayna Superliqasında növbəti turun oyunları keçirildi. "Kremen" rəqib meydançada "Volınbasket" komandasını 74:72 hesabı ilə məğlub etdi.
Həmyerlimiz Amil Həmzəyev bu qarşılaşmada mükəmməl oyun sərgiləyərək 21 xal və 6 rebaundla "Kremen"in qələbəsini təmin edən əsas oyunçulardan biri oldu.