Uğurlu zəfər

 08.08.2015 - 00:32    554
  • 08 Avq 2015
  • 00:32
  •  554

22.08.2011

Avqustun 21-də Avropa Çempionatı "B" divizionun seçmə oyunlarının II dövrənin çərçivəsində "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan milli yığması Rumıniya yığması ilə qarşılaşdı.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada yığmamız inamlı oyun nümayış etdirərək rəqibə qələbə üçün heç bir şans buraxmadı. Komandamızda amerikalı legioner Nelson Spenser (28 xal), Zaur Paşayev (14 xal), Fuad Niftaliyev (12 xal), Aleksandr Rındin (12 xal) xüsusi ilə fərqləndilər.

Bu inamlı zəfər nəticəsində yığmamız qrupda ikinci yeri təmin etdi. Qarşıda bizi avqustun 24-də birinci yer uğrunda İsveç komandası ilə çox gərgin görüş gözləyir.

Bu oyunda basketbolçularımız isveçlilərin müqavimətini qıraraq keçənilki məğlubiyyətin əvəzini çıxmaq əzmindədirlər.

4791_1

BEYNƏLXALQ YARIŞLAR