"Bakı" növbəti turdan qayıtdı
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Xəbər verdiyimiz kimi, "Bakı" komandası U18 Gürcüstan Çempionatında iştirak edirdi.
Martın 13-də gənc basketbolçularımız "Zaza 1" komandasına 51:76 hesabıyla məğlub oldu. Ertəsi gün Samit Nuruzadənin yetirmələri toparlanaraq "Zaza 2"yə qalib gəldilər (56:45).
Təəsüf ki, turun son qarşılaşmasında komandamız "Suxumi"ya cəmi bir xal uduzdu (74:75).

