U20 Bişkekə yollandı
U20 Avropa Çempionatına ("B" divizionu) hazırlıq çərçivəsində Azərbaycanın U20 milli komandası Qırğızıstanın paytaxtı Bişkek şəhərinə yola düşdü.
Martın 17-dən 21-nə kimi Bişkekdə ənənəvi "Novruz 2017" beynəlxalq turniri keçiriləcək.
Turnirdə Tahir Baxşıyevin yetirmələrindən başqa Özbəkistanın "Navoi" komandası və Qırğızıstanın 2 milli yığması iştirak edəcək.
Oyunların cədvəli:
17 mart, U20 Azərbaycan - "Navoi" Özbəkistan
18 mart, U20 Azərbaycan - Qırğızıstan-1
19 mart, U20 Azərbaycan - Qırğızıstan-2

