"Ginnes" məğlub oldu
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

"Novruz 2017" turnirinin birinci günündə U20 milli yığmamız "Ginnes 29" komandasını 87:63 hesabı ilə məğlub etdi.
Xatırladaq ki, dünən Tahir Baxşıyevin yetirmələri Özbəkistanın "Navoi" komandası ilə qarşılaşmalıydılar. Amma özbəylər son anda turnirə qatılmadıqlarına görə millimiz Qırğızıstan çempionatının lideri "Ginnes 29"zu sınağa çəkdi.



