"Novruz 2017"nin "sürprizləri"
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

"Novruz 2017" turniri başa çatdı. Final qarşılaşmada millimiz Qırşızıstan 1 komandasına 75:67 hesabı ilə uduzaraq turnirin ikincisi oldu.
İstənilən halda U20 yığmamızın bu turnirdə əzmkar oyun sərgiləməsi təqdirə layiqdir. Bişkək turniri arxada qaldı. Komandamıza yayda keçiriləcək U20 Avropa Çempionatında ("B" divizionu) 2016-cı ildə olduğu kimi yeni zirvələrin fəth edilməsini arzulayırıq!



