İsveç sindromu

 08.08.2015 - 00:41    588
  • 08 Avq 2015
  • 00:41
  •  588

25.08.2011

Avropa Çempionatının "B" divizionun seçmə mərhələsində mübarizə aparan millimiz ikinci dövrənin son oyununu İsveçin Nordköpinq şəhərində keçirdi.

Əfsuslar olsun ki, basketbolçularımız bu səfərdə İsveç sindromunu qıra bilmədilər. Bir sıra obyektiv və subyektiv səbəblər ucbatından seçmə mərhələnin ən vacib oyununda amerikalı legionerimiz Spenser Nelson və Türkiyədə çixiş edən həmyerlimiz Rasim Başak iştirak etmədilər.

Baş məşqçi Elxan Əliyev qısa zamanda baş verən oyunçu itkilərini əvəzləyə bilmədi. Ona görə yığmamız İsveç komandasına 40 dəqiqə ərzində layıqli müqavimət göstərmədi 128-61 (29:18, 28:18, 30:12, 41-12). Xüsusən həlledici dördüncü hissədə komandamız 29 xal hesabi ilə məğlub oldu. Buna baxmıyaraq iki dövrədə (2010/2011-ci illər) keçirilən oyunların ümumi yekununa görə millimiz qrupda 13 xalla ikinci yerdə gərarlaşdı.

Turnir cədvəli:

1. İsveç - 15 xal

2. Azərbaycan - 13 xal

3. Belarus - 12 xal

4. Rumıniya - 12 xal

5. Albaniya - 8 xal

BEYNƏLXALQ YARIŞLAR