Millimiz ikinci oldu

 01.05.2017 - 12:51    186
  • 01 May 2017
  • 12:51
  •  186

Xəbər verdiyimiz kimi, 3X3 basketbol üzrə qadınlardan ibarət yığma komandamız Daşkənddə keçirilən "AGMK" Cup FİBA 3X3 turnirində iştirak etdi.

Qrup mərhələsində komandamız rəqiblərini yenərək (13:9, 12:3, 13:4, 22:6) yarımfinalda Özbəkistanın "Dream Team" komandasıyla qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda qızlarımız 19:18 hesabı ilə qalib gələrək finala adladılar.

Millimiz finalda "Ladı Team" (Özbəkistan) komandasına cəmi 2 xal fərqi ilə (11:13) məğlub olaraq turnirin gümüş medallarını qazandı.

BEYNƏLXALQ YARIŞLAR