Uğurlu start

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol yarışlarıın qrup mərhələsinə start verildi. Sevindirici haldır ki,hər iki yığma komandamız İslam Oyunlarına zəfərlə başladı.
Qadın millimiz əvvəl Türkmənistanı (16:7), sonra isə Əlcəzairi məğlub etdi (20:14). Kişilər isə Türkiyəni yenəndən sonra(17:10) çox gərgin mübarizə səraitində Türkmənistan yığmasını üstələyə bildi (17:16).
Ertəsi gün komandalarımız daha 3 oyun keçirdi. Qızlardan ibarət yığmamız Maliyə 8:11 hesabı ilə yenildi.
Kişilər isə ard-arda Səudiyyə Ərəbistanı (21:10) sonra da Pakistanı (22:13) vaxtından əvvəl məğlub etdi.
Bu minvalla hər iki yığma komandamız İslam Oyunlarının pley-off mərhələsinə vəsiqə qazandı.




Photo credit: AZƏRTAC

