Azərbaycan basketbolunun qızıl zirvəsi

 22.05.2017 - 13:11    164
  • 22 May 2017
  • 13:11
  •  164

 Son 12 ildə Azərbaycan basketbolçuları ikinci dəfə böyük uğura imza atdılar.

Belə ki, IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol üzrə həm kişi həm də qadın yığma komandalarımız bütün rəqiblərini yenərək İslamiadanın qalibləri oldular. 1/4 finalda İndoneziyanı (20:9), yarımfinalda Türkiyəni (17:7) məğlub edən qadın millimiz finalda Malidən revanş alaraq (13:7) çempionluq zirvəsinə ucaldı.

Məğlubiyyət bilməyən kişi igidlərimiz 1/4 finalda İndoneziyanı aşıraraq (21:13) yarımfınalda Türkiyəni (19:14) hesabı ilə məğlub etdilər.

Nəhayət mayın 21-də keçirilən həlledici qarşılaşmada millimiz 3X3 basketbol üzrə Dünya Çempionu (2014) Qatar komandasıyla qarşılaşdı (13:9).

Samit Nuruzadənin oyunqabağı göstərişlərinə düzgün əməl edən komandamız çox güclü rəqibi əsasən 2 xallıq atışlarla "gülləyərək" İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını qazandı.

Bu möhtəşəm qələbə münasibəti ilə yığma komandalarımızın üzvlərini, məşqçi heyyətini, ölkəmizin bütün basketbolsevərlərini ürəkdən təbrik edirik!!!

 

14953967253807651110_761

14953826841923816468_600

BEYNƏLXALQ YARIŞLAR