Beynəlxalq turnir başa çatdı
10.10.2011
Bildiyiniz kimi oktyabr ayının 4-dən 7-nə kimi Gürcüstanda "Batumi - 2011" 3-cü beynəlxalq basketbol turniri keçirildi.
1995-96-ci illər təvəllüdlü gənclərin ibarət Bakı yığması turnir zamanı Batumi (88:58), Kutaisi (102:58), Türkiyə (98:54) və Ermənistan (57:62) komandalari ilə qarşılaşdı.
Üç məğlubiyyət və bir qələbə ilə turniri başa vuran gənc basketbolçularımız ümumi nəticədə beş xalla dördünçü yeri tutdular.
Təşkilatçılar tərəfindən komandamızın üzvü Əhməd-zadə Malik turnirin simvolik beşliyinə seçildi.
Yekun cədvəl
I yer Türkiyə - 8 xal
II yer Batumi - 7 xal
III yer Kutaisi - 6 xal
IV yer Azərbaycan - 5 xal
V yer Ermənistan - 4 xal

