Qrup mərhələsi başa çatdı

Xəbər verdiyimiz kimi, kişilərdən ibarət U20 yığma komandamız Oradeada (Rumıniya) FİBA Avropa Çempionatında (Div B) iştirak edir.
Keçirdiyi dörd qarşılaşmadan sonra
Azərbaycan - Rusiya, 56:85
Slovakiya - Azərbaycan, 86:78
Azərbaycan - Böyük Britaniya, 68:111
Niderland - Azərbaycan, 85:54 komandamız qrup mərhələsini sonuncu yerdə başa vurdu.
İyulun 21-də Tahir Baxşıyevin yetirmələri çempionatın təsnifat mərhələsi çərçivəsində Ermənistan yığması ilə qarşılaşacaq.




