Uğurlu start

Xəbər verdiyimiz kimi, yeniyetmə oğlanlardan ibarət U16 yığma komandamız Andorrada keçirilən FİBA U16 Avropa Çempionatında (Div C) iştirak edir.
İyulun 23-də komandamız Monako yığması ilə qarşılaşdı. Bu oyunda Elşən Yusubovun yetirmələri 74:63 hesabı ilə rəqiblərini məğlub etdi.
Həmin gün U20 milli yığmamız Oradeyada Avropa Çempionatı (Div B) çərçivəsində son görüşünü keçirdi. Malta komandası ilə qarşılaşmada Tahir Baxşıyevin yetirmələri 88:63 hesabı ilə qalib gələrək son nəticədə Avropa Çempionatını 19-cu yerdə başa vurdu.


Photo credit: FİBA

