Basketbolçularımız yarımfinalda
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

Andorrada keçirilən Avropa Çempionatında (Div C) U16 millimiz ev sahiblərinə cəmi bir xal fərqi ilə yenildikdən sonra (66:67) yarımfinala adladı.
İyulun 29-da Elşən Yusubovun yetirmələri Ermənistan yığması ilə qarşılaşacaq.
Bu gün isə, Estoniyada keçirilən Avropa Çempionatında (Div B) U18 yığma komandamız Portuqaliyanı sınağa çəkəcək.

