Avropa Çempionatı başa çatdı

Xəbər verdiyimiz kimi, U18 millimiz Tallində (Estoniya) keçirilən Avropa Çempionatında (Div B) qrup mərhələsindən sonra 17-24-cü yerlər uğrunda mübarizəyə qoşulmuşdu.
Birinci qarşılaşmada komandamız cüzi fərqlə İsveçrəyə məğlub oldu 58:60. Daha sonra cox gərgin mübarizə şəraitində keçən görüşdə Samit Nuruzadənin yetirmələri Luksemburq yığmasını əlavə vaxtda yenə bildilər 73:69.
Əfsuslar olsun ki, avqustun 6-da millimiz Albaniya yığmasına 56:69 hesabı ilə uduzaraq son nəticədə Avropa Çempionatında 22-ci yerlə kifayətləndi.

