Sloveniyanın ilk Çempionluğu

 19.09.2017 - 13:44    115
  • 19 Sen 2017
  • 13:44
  •  115

Türkiyədə keçirilən kişilər arasında Avropa Çempionatı (31.08 - 17.09.2017) başa çatdı.

Sentyabrın 17-də İstanbulun "Sinan Erdem" idman salonunda Sloveniya yığması Serbiya millisi ilə qarşılaşdı. Çox gərgin mübarizə şəraitində keçən final qarşılaşmada Sloveniya serbləri 93:85 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə Avropa Çempionu oldu. 

Çempionu və gümüş medal sahiblərini Türkiyənin baş naziri Binəli Yıldırım, Sloveniyanın baş naziri Miro Cerar, FİBA Avropanın Prezidenti Turqay Dəmirəl mükafatlandırdı. Mükafatlandırma mərasiminin sonunda FİBA Avropanın Prezidenti Turqay Dəmirəl Avropa Kubokunu Sloveniya millisinin kapitani Qoran Dragiça təntənəli sürətdə təqdim etdi.

BEYNƏLXALQ YARIŞLAR