Beynəlxalq turnir başa çatdı
Fevralın 18-də Azərbaycan Basketbol Federasiyası və 3x3 Azerbaijan təşkilatının dəstəyi ilə beynəlxalq turnir keçirildi.
Texniki Universitetinin idman zalında keçirilən turnirdə Türkmənistan və Azərbaycanı təmsil edən 13 komanda yarışırdı. Dairəvi üsulla keçirilən 5 qadın komandasının yarışında Türkmənistan -1 komandası bütün rəqiblərini yenərək turnirin qalibi oldu.
Kişilərdə isə iki qrupa bolünən səkkiz komanda öz gücünü sınayırdı. Finalda Azərbaycanın "Old Dream Team" komandası və Türkmənistan-2 komandası qarşılaşdılar. Qonaq komanda 22:13 hesabı ilə rəqibini məğlub edərək turnirin qalibi adına layıq görüldü.

