Turnir başa çatdı
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR
Xəbər verdiyimiz kimi, U18 yığma komandamız Daşkənddə keçirilən "UzLiDep" turnirində iştirak edirdi.
Mayın 13-də Samit Nuruzadənin yetirmələri "Samarkand" BK ilə qarşılaşdılar. Oyun 75:41 hesabı ilə gənc basketbolçularımızın xeyrinə qurtardı. Beləliklə komandamız bu yarışda 4 oyundan 4 qəbələ ilə ayrılaraq "UzLiDep" Kubokunun qalibi oldu.

