Qadın basketbolçularımız Andorrada

 20.06.2018 - 12:57    129
  • 20 İyun 2018
  • 12:57
  •  129

23-24 iyunda Andorrada 3X3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsi keçiriləcək. Yığma komandamız bu seçmədə "A" qrupunda Andorra, İspaniya, İtaliya və Yunanistan komandaları ilə yarışacaq.

"B" qrupunda isə Macarıstan, Estoniya, Latviya və Serbiya yığmaları öz gücünü sınayacaq.

Qrupların qalibi birbaşa final mərhələyə vəsiqə qazanacaqlar. Qruplarda ikinci, üçüncü yeri tutanlar daha iki vəsiqə uğrunda yarımfinalda oynayacaqlar.

Yığmamızın oyun cədvəli:

23 iyun: İspaniya - Azərbaycan, Azərbaycan - Yunanıstan 

24 iyun: Andorra - Azərbaycan, Azərbaycan - İtaliya

BEYNƏLXALQ YARIŞLAR