Kişi basketbolçularımız Rumıniyaya yollanır

 21.06.2018 - 14:28    125
  • 21 İyun 2018
  • 14:28
  •  125

İyunun 30-da 3X3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsinə start verilir. Amil Həmzəyev, Zaur Paşayev, Anar Hacıyev və Marşall Mozesdən təşkil edilən milli komandamız İspaniya, İtaliya basketbolçuları ilə yanaşı "B" qrupunda yarışacaq.

Digər qrupların tərkibi:
"A" Serbiya, Gürcüstan, Litva
"C" Rumıniya, Bosniya və Herseqovina, İsveç
"D" Almaniya, Xorvatiya, İrlandiya

1/4 finallar iyulun 1-də keciriləcək.

Qaliblər Avropa Çempionatın finalına vəsiqə qazanacaqlar. Rumıniya yarımfınala düşərsə 3X3 Avropa Çempionatının finalına V yeri tutan komanda çıxacaq. Çünki Avropa birinciliyinin ev sahibi kimi rumınlar final mərhələdə artıq öz yerlərini təmin ediblər.

BEYNƏLXALQ YARIŞLAR