Seçmə mərhələ başa çatdı

 25.06.2018 - 12:22    145
  • 25 İyun 2018
  • 12:22
  •  145

Xəbər verdiyimiz kimi, qadın basketbolçularımız 3X3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsinə qatılmışdılar.

Andorrada keçirilən seçmə mərhələnin birinci günündə komandamız əvvəl İspaniya (14:19) sonra isə Yunanıstana (17:20) məğlub oldu. Ertəsi gün basketbolçularımız toparlanaraq boyük hesabla Andorranı (21:9) və cox gərgin mübarizə şəraitində hazırki Dünya Çempionu İtaliya milli yığmasını (19:17) yenə bildi.

Amma təəsüflər olsun ki, bu qələbə qrupdan yarımfinala adlamağa kömək etmədi. Yunanıstanla eyni xal (6) toplayan komandamız şəxsi görüşdə onlara uduzduğuna görə qrupda İtaliya (7), İspaniya (7), Yunanıstan (6) yığmalarından sonra dördüncü yerlə kifayətlənməli oldu.

 

BEYNƏLXALQ YARIŞLAR