6 oyun - 6-cı yer

U16 yığma komandamız San Marinoda keçirilən Avropa Çempionatının pley-off mərhələsinin (5-8-ci yerlər uğrunda) birinci oyununda 74:45 hesabı ilə Maltanı məğlub etdi.
İkinci qarşılaşmada isə Elşən Yusubovun yetirmələri Şotlandiya millisinə uduzadaq (62:71) yekunda çempionatın altıncı yerində qərarlaşdılar. Final qarşılaşmada Andorra millisi Uelsi 84:49 hesabı ilə məğlub edərək Avropa Çempionu titulunu qazandı.
Sevindirici haldir ki, çempionat boyu məhsuldar oyun sərgiləyən millimizin üzvü Cəbrayıl Əkbərov Avropa Birinciliyinin simvolik beşliyində yer aldı.


Photo credit: FİBA

