U20 20-də

U20 yaş qrupunda keçirilən Avropa Çempionatında ("B" Divizion) qrup mərhələsindən sonra milli yığmamız 3 oyun keçirdi.
Təəssüflər olsun ki, Moldova üzərində parlaq qələbədən sonra (121:56) Tahir Baxşıyeyin yetirmələri əvvəl Slovakiyaya (69:109) sonra isə Lüksemburqa (73:92) məğlub oldular.
Yekun nəticədə U20 millimiz Avropa Çempionatını 20-ci yerdə başa vurdu.
Yığmamızın kapitanı Endər Poladxanlı hər oyunda orta hesabla 24,9 xal ilə Əkbər Məmmədov isə 12,0 rebaundla çempionatın liderləri sırasında yer aldı.

