U18 də 20-ci yerdə

Xəbər verdiyimiz kimi, Makedoniyanın Skopya şəhərində U18 yaş qrupunda Avropa birinciliyi ("B" Divizionu) keçirildi.
Komandamız qrup mərhələsindən sonra 3 görüş keçirdi. Rumıniya üzərində çətin qələbədən sonra (62:61) Samit Nuruzadənin yetirmələri ev sahibi Makedoniya yığmasına 50:65 hesabı ilə uduzdu.
Dünən isə çempionatın sonuncu qarşılaşmasında millimiz Lüksemburq komandasını üstələyə bilməyərək (53:57) Avropa Çempionatında 20-ci yerlə kifayətləndi.

