Alman səddi

 01.07.2019 - 14:38    77
  • 01 İyul 2019
  • 14:38
  •  77

Xəbər verdiyimiz kimi, Rumıniyanın Konstansa şəhərində 3X3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsi keçirildi. 

Zaur Paşayev, Amil Həmzəyev, Anar Hacıyev və İan Mac Donald Hummerlə təmsil olunan millimiz ilk qarşılaşmada güclü Türkiyə yığmasını məğlub edə bildi (16-12).

Təəssüf ki, qrupun favoriti olan Almaniyayla həlledici görüşdə fortuna bizdən üz çevirdi. Oyuna yaxşı başlayan millimiz əldə etdiyi 4 xallıq üstünlüyünü saxlaya bilmədi. Üstəlik həlledici məqamda Amil Həmzəyev 2 cərimə atışından faydalana bilmədi. Yekunda komandamız 17-21 hesabıyla məğlub oldu. 

Qrup mərhələsinin sonuncu qarşılaşmasında portuqaliyalılar millimizi üstələyə bildilər 13-9

BEYNƏLXALQ YARIŞLAR