Basketbolçularımız Avropa Gənclər Yay Olimpiya Festivalında
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

İyulun 21-də Bakıda Avropa Gənclər Olimpiya Festivalına start verilir. Bu mötəbər idman yarışına U16 milli yığma komandamız (oğlanlar) da qatılacaq.
Samit Nuruzadənin yetirmələrini qrup mərhələsində Serbiya, Fransa və Xorvatiya yığmaları sınağa çəkəcək. Oyunlar "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.
22 iyul: 18.15 Azərbaycan - Serbiya
23 iyul: 18.15 Fransa - Azərbaycan
24 iyul: 20.30 Azərbaycan - Xorvatiya

