Parlaq Qələbə

 25.07.2019 - 11:47    113
  • 25 İyul 2019
  • 11:47
  •  113

İyulun 25-də basketbolçularımız qrup mərhələsinin axırıncı oyununu hazırkı U16 Avropa Çempionu titulunu daşıyan Xorvatiya millisinə qarşı keçirdilər.

Olduqca gərgin dramatik qarşılaşmanın 1-ci yarısından sonra Azərbaycan millisi rəqibini 7 xal üstəliyrdi 28:21. Amma 3-cü hissədə xorvatlar zona müdafiəsini tətbiq edərək xal fərqində geriliyi aradan götürərək önə çıxa bildilər 41:43. Onu da qeyd etməliyik ki, hissənin son saniyəsində Fikrət Ələkbərovun fantastik 3 xallı atışı komandamızın əzmkar oyununa yeni nəfəs verdi. Belə ki, xala-xal gedən 4-cü hissədə biz rəqibi üstələyərək ümumi hesabı bərabərləşdirə bildik 54:54. Əlavə vaxtda isə basketbolçularımız misli görünməyən dirəniş göstərərək Avropa Çempionlarını məğlub etdilər 58:54 (12-15, 16-6, 13-23, 13-10, 4-0).

Parlaq qələbəmizdə Samit Nuruzadə başda olmaqla bütün komandamızın,xüsusən də Fikrət Ələkbərovun (12 xal), Turqut Ulaşın (16 xal), Əryörük Yigitin (15 xal) müstəsna xidmətlərini qeyd etməliyik. Bu tarixi zəfər münasibəti ilə ölkəmizin bütün basketbolsevərlərini ürəkdən təbrik edirik!!!

 

Basket_2

Basket_1

BEYNƏLXALQ YARIŞLAR